17 Sentyabr 2019 12:41
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetyanın istefa xəbəri yayıldı. Patruşevin İrəvana səfərindən sonra Paşinyanın iki müşaviri istefa vermişdi. İndi də oktyabrın 1-də Putinin İrəvana səfəri gözlənildiyi bir halda, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən getdi. Üstəlik, Paşinyanı, yol verdiyi yanlışlara görə qınadı. Yazılanlara inansaq, Vanetyan Köçəryanın gizli yandaşı olub”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.

Politoloq erməni kilsəsinin bölünmə ehtimalından da danışıb:

“Amma ondan daha maraqlı bir xəbər də var. Erməni kilsəsində bölünmə ehtimalı yaranır, deyəsən. Rusiya erməni kilsəsinin başçısı Yezras bütün ermənilərin katolikosu İkinci Qareginin qardaşıdır. Yeri gəlmişkən, Rusiyada bir Yeni Naxçıvan Erməni Kilsəsi də var. Yerzas onun da başçısı sayılır. Paşinyan, hələ hakimiyyətə gələnə qədər, İkinci Qaregindən qurtulmaq gərəyindən açıq danışırdı. İrəvanda sırf buna görə bir neçə etiraz yürüşünü də təşkil etmişdi. Erməni keşişlərinin arasında Paşinyanın yetərli dəstəyi olmadır. Maraqlıdır ki, indiki durumda Rusiyadakı erməni kilsəsində ayırıcı baxışlar güclənir.

Çox güman ki, bu işdə Kremlin rolu var, çünki Moskva Rusiyadakı erməni keşişlərinin İrəvandan təyin olunmasının qarşısını almağa çalışır. Kreml bununla Paşinyana daha bir təzyiq aləti kimi istifadə etməyi düşünə bilər. Özləri bilər. Biz öz marağımızı güdməliyik. Rusların bu gedişləri erməni kilsəsində parçalanmaya gətirib çıxara biləcəksə, bundan dolayısıyla biz də faydalana bilərik”.

Mənsur Rəğbətoğlu


Müəllif: Teleqraf.com