23 Sentyabr 2019 21:13
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Los-Ancelesdə təşkil olunan mitinqdə ermənilər qarşısındakı çıxışında avqustun 5-də Xankəndidə dediyi “Qarabağ Ermənistandır” açıqlamasını təkrarlamasa da, hər cümləsində Dağlıq Qarabağı Ermənistandan ayırmadı. Paşinyan əvvəlcə Los-Anceles merinə və bu şəhərin şurasına Dağlıq Qarabağı “tanıdığına” görə təşəkkür etdi. “Ameriakadakı erməni diasporunun dəstəyi olmasaydı biz Dağlıq Qarabağdakı müharibədə (Azərbaycan torpaqlarının işğalında) qələbə çala bilməzdik” deyən Paşinyan diasporanın bu gün də Dağlıq Qarabağın arxasında dayandığını vurğuladı”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, Ermənistanın baş naziri diaspordan pul dilənməyi də unutmadı:
“Ancaq bu sözlərini elə hiyləgərcəsinə dedi ki, dilənmək kimi səslənməsin. Məsələn dedi ki, guya Ermənistanda iqtisadi canlanma var və erməni diasporu ana vətəninə yatırım qoyarsa uduzmaz. Paşinyan maraqlı təklif də irəli sürdü: “Xarici ölkədə yaşayan hər erməni İrəvanda ev alsın”.
Xaricdə yaşayan hər erməni İrəvanda ev alsaydı Ermənistanın beynəlxalq maliyyə təşkilatlarıının yatırımlarına ehtiyacı olmazdı. Ancaq erməni diasporunun nümayəndələri hərif deyillər, Amerikada qazandığı pulları göyə sovurmaq istəməzlər. “Paşinyan hakimiyyətdə nə qədər qalacaq?” sualı erməni diasporunu da düşündürməyə bilməz. Ancaq bir məsələdə Paşinyan haqlıdır. Azərbaycan torpaqlarının işğalında ermən diasporunun rolu olub və onlar bu “çalışmalarını” bu gün də davam etdirirlər. İşğal altındakı torpaqlarımızda yolların çəkilişi, evlərin tikintisi, hansısa kiçik müəssisələrin açılışlarının arxasında erməni lobbisinin imkanlı təmsilçiləri dayanır və təəssüf ki, biz bunu hələ əngəlləyə bilmirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər