Ermənistanın müdafiə naziri David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiki qəbul edib.
Teleqraf.com xəbər verir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini, təmas xəttindəki, həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.
Həmsöhbətlər humanitar xarakter daşıyan addımlar barədə fikir mübadiləsi aparıb, təmas xətti və sərhəddə etimad yaratmaq mexanizmlərinin tətbiqinin vacibliyini vurğulayıb.