Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Sədr,
Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Bosniya və Herseqovinanın dost xalqına sülh və firavanlıq diləyirəm".