Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev nümayəndə heyəti ilə birlikdə Sian şəhərində “Bir kəmər, bir yol” Mədəniyyət Akademiyasının vitse-prezidenti və tədqiqatçıları ilə görüşüb.
Bu barədə Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.
Görüş zamanı mərkəz sədri müstəqillik əldə etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolu, qarşılaşdığı problemlər və əldə etdiyi nailiyyətlər barədə təqdimatla çıxış edib, Çin-Azərbaycan münasibətlərinin hazırkı durumu və inkişaf perspektivləri barədə danışıb. Təqdimat ətrafında aparılan müzakirələrdən sonra iki beyin mərkəzi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.