14 Yanvar 2020 21:28
1 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO artıq illərdir raket əleyhinə müdafiə sistemlərini Rusiyanın sərhədi boyunca yerləşdirir. Bunu həm də “İsgəndər” sistemlərindən özünü qorumaq məqsədilə həyata keçirir. NATO-nun Rusiya sərhədi boyunca hücum tipli raketlər də yerləşdirəyəci istisna edilmir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hərbi ekspert Azad İsazadə NATO-nun ilin sonuna qədər Rusiyanın “İsgəndər” komplekslərini yerləşdirməsinə cavab verəcəyinə dair bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya və Belarusun birgə hücum və tanklardan istifadə təlimləri NATO-nu əks-tərəfin ərazisindəki texnikanı vurmaq üçün raketlərdən istifadəyə vadar edəcək: “Baltikyanı ölkələr və Polşa Rusiya təhlükəsi altında yaşayır, son illər xüsusilə Ukraynadan sonra Rusiyanın o ölkələrə qarşı aqressiv siyasəti onları güc nümayiş etdirməyə sövq edir. Polşa Koreyadan tank almağa, onların texnologiyalarından istifadə etməyə başlayıb. Sözsüz ki, hava və quruda müdafiə sistemlərindən, raketlərdən həm də Baltik dənizində istifadə olunacaq”.

Ekspert Rusiyanın NATO-nun adi silahlar adı altında Avropada yeni qanadlı və ballistik raketlər yerləşdirəcəyinə dair iddialarını da dəyələndirib: “Rusiya istifadə elədiyi yalanları başqalarının üzərinə atmağa çalışır, “İsgəndər” kiçik və orta radiuslu raketlərə aiddir. Ən uzağa “İsgəndər” raketi 350-500 km məsafə qət edir. Reallıqda isə “İsgəndər” iki gün öncə təlimlər vaxtı 650 kilometrlik məsafəni qət etdi. Bu isə o deməkdir ki, “İsgəndər”lər praktiki orta mənzillidir. Kor kora kor deməsə bağrı çatlayar, özü edir, digərlərini də ittiham edir. Rusiya kiçik və orta mənzilli raketlərin məhv edilməsi müqaviləsindən çıxandan sonra əlbəttə, Qərb də hansısa addımları atacaqdı. Hər iki tərəf bir-birinə qarşı silahlanma həyata keçir, cığallıq edirlər. Amma məqsəd özlərini qorumaqdır”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər