Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin namizədliyi qeydə alınıb.
Teleqraf.com-a bu barədə deputatlığa namizədin özü məlumat verib.
Məhəmməd Əsədullazadə 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib:
“Milli Məclis seçkilərinə namizədliyim qeydə alındı. Əvvəlki seçkilərdən fərqli olaraq, bu seçkilərdə gənclər daha aktivdirlər. Bu, Azərbaycan gəncliyinin öz siyasi taleyinə biganə qalmadığının bariz nümunəsidir. Mərkəzi Seçki Komissiyası birinci prosesi uğurla başa çatdırdı. 10 saylı Binəqədi 3-cü DSK-nın kollektivi bu prosesdə daima bizi diqqətdə saxladı, namizədlərə əllərindən gələni köməkliyi əsirgəmədilər”.