Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan qətnamələrinin həqiqi mahiyyətini yanlış izah edir.
Teleqraf.com Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsinə istinadla xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə bildirib.
Prezident İlham Əliyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana izah etməlidir ki, Dağlıq Qarabağ Ermənistanın deyil, dünyada heç bir ölkə Dağlıq Qarabağı tanımır.