Mərkəzi Seçki Komissiyasına parlament seçkiləri ilə bağlı ümumilikdə 177 müraciət daxil olub. Onlardan indiyədək 97-nə baxmışdıq. Bu gün 42 müraciətə baxdıq.
Teleqraf.com xəbər verir ki, bunu MSK-nın iclasında komissiya sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, ümumilikdə 139 şikayətə baxılıb. Bundan sonra baxılmamış 38 müraciət qalıb.
MSK sədri daxil olan şikayətləri başa çatdırmaq üçün MSK-nın hər gün iclaslarının keçirilməli olduğunu bildirib.