18 Fevral 2020 18:26
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki Məcəlləsinin harasında yazılıb ki, şikayətçiyə rəy verilməldir. Heç bir şikayətçiyə rəy vermək söhbəti yoxdur. Qeyri-adi şəkildə diqtə edirlər ki, bunu etməlisən. Sonra da bunun qanunda yazıldığını iddia edirlər.

Teleqraf.com xəbər verir ki, bunu MSK-nın iclasında komissiya sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, hər bir tərəf öz hüquqlarını bilməlidir:

“Seçki günü səhərdən-axşaama qədər xaotik hərəkətlər qeyri-adi görüntülər ortaya çıxarıb. Ona görə biz günahı məntəqə seçki komissiyalarında görürük ki, onlar Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməyiblər. Hansısa müşahidəçi, yaxud jurnalist komissiya üzvünün fəaliyyətinə imkan vermirsə, komissiya üzvü bununla bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməli idi”.

MSK sədri sosial şəbəkələrdən sui-istifadə etmək meyillərinin qarşısının alınmalı olduğunu da vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər