MSK-nın iclasında daha sonra 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair məsələyə baxılıb.
Teleqraf.com xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.
O, Günel Səfərova, Elşad Musayev və digərlərinin namizəd olduğu 9 saylı Binəqədi seçki dairəsi üzrə 31 və 35 saylı məntəqələri üzrə nəticələrin ləğv edilməsini istəyib.
Q.Orucov bu dairə üzrə seçicilərin iradəsinin ifadə edilməsinə dair iddiaların öz təsdiqni tapmadığını, yalnız iki məntəqə – 31 və 35 saylı məntəqələrin nəticələrinin ləğv edilməli olduğunu vurğulayıb.
Daha sonra iki mənətəqədə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair qərar qəbul olunub.