Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 85 saylı Şamaxı seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.
Teleqraf.com-un məlumatına görə, həmin dairədən deputatlığa namizəd Əzizağa Süleymanov MSK-ya müraciət edərək seçki günü dairədə qanun pozuntularına yol verildiyini bildirib.
MSK üzvü Ramiz İbrahimov bildirib ki, aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular öz təsdiqini tapmayıb. Buna görə də o, namizədin şikayətinin təmin edilməməsi və dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılması barədə qərar verilməsini təklif edib.
Təklif səsə qoyularaq qəbul edilib.