30 Mart 2020 11:57
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tibbi maskalar çatışmır. İnsanlar şikayət edirlər ki, apteklərdə tibbi maska tapılmır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, aidiyyatı qurumlar üzərinə düşəni yerinə yetirməlidir:

“Vəziyyət belədir ki, hər bir aptekə gün ərzində 50-100 maska verilir. Bu da təlabatı ödəmir. Dövlət bu məsələ ilə bağlı lazımi addımları atıb. Hesab edirəm ki, aidiyyatı qurumlar da bu məsələdə üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər