Azərbaycanda koronavirusla mübarizədə gömrük, polis, sərhəd qoşunları, həkimlər və tibb işçiləri fədakarlıq göstərir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib.
Spiker əlavə edib ki, biz onlara nə qədər təşəkkür etsək azdır: “Təklif edirəm ki, ayaq üstə bu fədakar insanları ürəkdən alqışlayaq”.
Spikerin təklifindən sonra deputatlar ayaq üstə həkimləri, tibb işçilərini, polis əməkdaşlarını, gömrük və Sərhəd Qoşunları əməkdaşlarını alqışlayıblar.