Milli Məclis Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələyə baxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə deputatlara komitə sədri Tahir Mirkişili məlumat verib.
Milli Məclisin deputatı Siyavuş Novruzov isə Elman Rüstəmovun fəaliyyətini yüksək qiymətləndirərək, deputatları ona səs verməyə dəvət edib.
Deputat Aydın Mirzazadə də Elman Rüstəmovu yüksək səviyyəli maliyyəçi kimi xarakterizə edib.
Sonda məsələ səsə qoyularaq qəbul edilib.
Elman Rüstəmov isə prezidentin etimadına görə, təşəkkür edib. Bildirib ki, 1994-cü ildən, ölkənin ən ağır durumlarda oduğu vaxtdan bu sahədə çalışır.