24 Aprel 2020 15:23
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Partiyanın sədri Sülhəddin Əkbər Teleqraf.com-a deyib ki, görüşdə milli dövlətçilik tarixinə, Azərbaycan Xalq Cümhuriyyətinə və qurucularına, eyni zamanda dövlət müstəqilliyinin bərpasına və bərpaçılara – istiqlalçı millət vəkillərinə münasibət, demokratiya, insan haqları, siyasi azadlıqlar, siyasi məhbuslar, iqtidar-müxalifət münasibətləri, daxili siyasi münasibətlərin normallaşdırılması sahəsində atılan və yaxın perspektivdə atılmalı olan addımlar haqqında geniş və açıq fikir mübadiləsi aparılıb.

Tərəflər hakimiyətin təşəbbüsü ilə başladılan siyasi dialoqun, bu istiqamətdə atılan ilkin addımların müsbət qiymətləndirməsi, eyni zamanda onun davamlı və dayanıqlı olmasının önəmli olması məsələsində həmfikir olduqlarını bildiriblər.


Müəllif: Cavad

Oxşar xəbərlər