19 May 2020 11:24
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 15-də mən, Milli Məclis aparatının rəhbəri və digər məsul şəxslərlə birlikdə Bakı, Sumqayıt və Abşerondan seçilən deputatların köməkçiləri ilə görüşdüm.

Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı spiker Sahibə Qafarova bildirib.

O, əlavə edib ki, bütün deputat köməkçiləri ilə görüşmək planı var: “Ancaq koronavirus səbəbindən bu alınmayıb. Ona görə də digər deputat köməkçiləri ilə videokonfrans vasitəsilə görüş keçirəcəyik”.

Milli Məclis sədri qeyd edib ki, görüşdüyü deputat köməkçiləri ilə onların iş və fəaliyyətləri haqqında danışıb:

“Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasındakı çıxışı parlamentin fəaliyyəti üçün yol xəritəsidir. Həmin çıxış zamanı deputatlar qarşısında yeni vəzifələr qoyuldu. Deputatlar seçildiyi rayonlarda seçicilərlə fəal təmasda olmalı, müvafiq problemləri müəyyən edərək aidiyyəti qurumların diqqətinə çatdırmalıdır. Bu mənada deputat köməkçiləri üzərinə də böyük məsuliyyət düşür. Hesab edirəm ki, deputat köməkçiləri ilə görüş effektivdir və bunu davam etdirmək lazımdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər