Bu gün Musavat.com saytının Feysbuk və Yutub platformalarında həyata keçirdiyi "Canlı debat"da icra başçılarının silsilə həbslərinə fasilə verilməsi, prosesin zəncirvari davamı, Mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılması, eləcə də müxalifətin son geniş toplantısı, iqtidar-müxalifət münasibətləri, dünən Şuşada keçirilən inauqurasiya məsələsi müzakirə olunacaq.
Teleqraf.com xəbər verir ki, saat 12.00-də başlanacaq yayımda Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı ilə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev sadalanan mövzuları müzakirə edəcək, tamaşaçıların rəyləri oxunacaq