Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusla mübarizə ilə bağlı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib, bunu bu ağır dövrdə dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə V.Zelenski mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı deyib.
Prezident İlham Əliyev bu yardımın ölkələrimiz və xalqlarımız arasında münasibətlərin ruhunu əks etdirdiyini bildirib.