“Azərbaycanda davam edən tərəqqi reallığı hətta ən çətin dönəmlərdə belə öz təsdiqini tapır və bu gerçəklik bir daha sübut edir ki, ölkəmizin inkişaf potensialı ardıcıllığını qoruyub-saxlayır”.
Bunu Teleqraf.com-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxış edən Prezident İlham Əliyevin fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, belə bir möhtəşəm layihənin məhz mayın 28-nə - Respublika Gününə təsadüf etməsi qürur verir:
“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü günü Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın açılış mərasimində iştirakları, eyni zamanda sübut edir ki, həyata keçirilən dövlət siyasətinin əsas mahiyyətlərindən biri də xalqın sosial-rifah halının daha da yaxşılaşdırılması, o cümlədən, qaçqın və məcburi köçkünlərin daim diqqət mərkəzində olması, habelə onlar üçün yaradılan mühitin çərçivəsində məşğulluqlarının artırılması, sənaye və təhsil müəssisələrinin istifadəyə verilməsi, iş yerlərinin açılması və sair kimi mühüm məqamlardır.
Eləcə də, yüzlərlə ən müasir standartlara cavab verən yaşayış massivlərinin insanların istifadəsinə verilməsi Prezident İlham Əliyev siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha isbatlamış olur.
Digər tərəfdən, humanizm və qayğıkeşlik mücəssəməsinə çevrilən Heydər Əliyev Fondunun da sözügedən proseslərdə iştirakı, təşəbbüskar rolunda çıxış etməsi fərəhləndirici hadisə kimi qiymətləndirilə bilər. Əbəs deyil ki, dövlət səviyyəsində bu istiqamətdə görülən işlərə Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük töhfələr verməsi xüsusi olaraq vurğulanır.
Belə ki, kompleksdə müasir məktəb binasının inşası da bir daha göstərir ki, ölkədə təhsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər. Yalnız bu deyil, digər sahələrdə də davam edən inkişaf qarşıdakı illərdə növbəti layihələrin reallaşdırılmasına kifayət qədər zəmin və imkanlar yaratmış olur”.
Bəhruz Quliyev Prezidentin Dağlıq Qarabağ münaqişəsi haqda səsləndirdiyi fikirlərə də diqqət çəkib:
“Dövlətimizin başçısı “Qobu 3” yaşayış kompleksinin açılışı zamanı irəli sürdüyü fikirlərində də xatırlatdı ki, hələ 2003-cü ildə prezident seçkilərində xalqın iradəsi və seçimi ilə qələbə qazandıqdan sonra 5 il ərzində çadır şəhərciklərinin aradan qaldırılacağını bildirsə də, həmin proses dörd ilə yekunlaşdı, onların yerlərinə minlərlə komplekslər, yaşayış binaları salındı, qaçqın və məcburi köçkünlərimiz üçün bütün müvafiq imkanlar yaradıldı, o cümlədən bir daha sübut olundu ki, xalqımızın lideri daim öz vədinə sadiq qalır və bu gün də həmin faktlar öz təsdiqini tapmaqdadır.
Prezident İlham Əliyev cənablarının digər fikri isə doğma yurd-yuvalarından qaçqın düşmüş insanlarımızla bağlı oldu, o, qeyd etdi ki, bu insanlar yaxın zamanlarda öz el-obalarına qayıdacaq, quruculuq-abadlıq işlərinin həmin ərazilərdə davam etdiriləcək. Bu, eyni zamanda, işğal altında qalan torpaqlarımızın azad ediləcəyi, təcavüzkarların o torpaqlarımızdan qovulacağı anonsu idi.
Cənab Prezident bu əsnada beynəlxalq aləmin də Azərbaycanın haqq səsinin yanında olduğunu xüsusilə xatırlatdı. Yəni artıq sübut olunub ki, Azərbaycan dövləti daxili siyasəti ilə yanaşı, həm də xarici siyasətində öz mövqeyini möhkəmləndirib, diplomatik nailiyyətlər əldə edib.
Dövlətimizin başçısı vurğuladı ki, hərbi güc, bizim beynəlxalq mövqelərimiz, beynəlxalq təşkilatların münaqişə ilə bağlı sərgilədiyi mövqe sözügedən amilləri isbatlayır. Xüsusilə son illər ərzində demək olar ki, bütün beynəlxalq təşkilatların ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməsi, dünyanın bütün aparıcı ölkələrinin Azərbaycanın mövqeyinə səs vermələri barədə deyilən fikirlər qələbənin uzaqda olmadığını göstərir.
Biz, burada qondarma “DQR”də saxta prezident seçkilərinin keçirilməsindən sonra beynəlxalq aləmin ortaya qoyduğu birmənalı mövqeni də göstərə bilərik. Prezident İlham Əliyev bununla bağlı qeyd etdi ki, o saxta prezidenti, dırnaqarası prezidenti heç kim tanımadı. Məhz nüfuzlu təşkilatların - ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya, ondan sonra Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bəyanat verdilər ki, bu seçkilər tanınmır, Dağlıq Qarabağ Azərbaycan torpağıdır".
Bəhruz Quliyev bildirib ki, sosial-iqtisadi sferalarla yanaşı, ordu quruculuğu, hərbi sənayenin də inkişafı belə bir məqamda prioritetlik təşkil edir:
“Ölkə rəhbərimiz qeyd etdi ki, ordu quruculuğu Prezident kimi onun fəaliyyətinin ön planında dayanır və bu gün biz elə bir qüdrətli ordu yaradılıb ki, istənilən vəzifəni icra edə bilər. Ona görə də, cənab Prezident sözügedən mövzu ilə bağlı fikirlərini bildirərkən həmçinin vurğulayıb ki, demoqrafik vəziyyət Azərbaycan tərəfinin üstünlüyünü bundan sonra da təmin edəcək.
Ölkə liderinin “Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır” tezisi hesab edirəm ki, artıq işğalçı Ermənistan rəhbərliyini ciddi şəkildə narahat etməkdə, təşvişlənədirməkdədir. Bu baxımdan da, Prezidentimiz eyni zamanda Ali Baş Komandan olaraq erməniləri qorxuya salan “Qarabağ Azərbaycanındır və nida işarəsi” kəlamını bir daha xatırlatdı. Həmçinin xatırlatdı ki, hələ Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrlərdə o, Qarabağa, Şuşaya və Xankəndində səfərlər edərkən, ermənilər onun qarşısında farağat dayanırdılar.
Söz yox ki, erməni xisləti bu gün də mövcuddur və Azərbaycanın güclü ordu potensialı öz sözünü dedikdən sonra, ərazilərimiz işğaldan azad olunduqdan sonra işğalçılar növbəti dəfə Azərbaycan rəhbərliyinin qarşısında farağat dayanmalı olacaqlar. Buna isə kimsənin şübhəsi olmamalıdır.
Azərbaycan sürətli inkişaf edir və inkişafın keçilən bütün mərhələlərində xalqımız, dövlətimiz qarşıda daha çox zəfərlərə, qələbələrə öz imzasını atacaq”.