3 İyun 2020 17:34
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da baş verən proseslərdə Rusiyanın xüsusi bir rolu yoxdur. O ayrı məsələdir ki, indi Amerikadakı olaylar Rusiya və Çinin maraqlarına tam uyğundur. Amma bu aksiyaların arxasında Rusiyanın dayanması, Çinin bu prosesə pərdə arxasından nəzarət etməsi haqda iddialar əsassızdır.

Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev ABŞ-ı əhatə edən iğtişaşların səbəblərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu prosesdə daha çox ABŞ daxilindəki qüvvələr maraqldıır:

“Xüsusilə, polislərə atılan kərpiclərin Bill Qeytsə məxsus şirkət tərəfindən hazırlandığı və meydana gətirildiyi deyilir. Həmçinin Con Baydenin nəzarətində olan medianın bu məsələni şişirtməsi, habelə Trampın ağılsız addımlar, ordu və Milli Qvardiyadan istifadə etməsi indiki mənzərəni yaradıb. Proseslər göstərir ki, hər zaman başqa dövlətlər üçün hazırlanan çevriliş ssenariləri indi ABŞ-ın özündə sınaqdan keçirilir. Mən deyərdim ki, hələlik uğurla sınaqdan keçir. Hazırda ABŞ-ın özü eksperiment meydanına çevrilib. Amma Rusiya və Çin faktorunu da iddia edirlər. Əgər söhbət güclü bir dövlətdən gedirsə, yad əllər onun daxilində belə böyük qarşıdurma yarada bilməz. Əgər yaradırsa, deməli, bu güclü dövlət deyil”.

Müsahibimiz əlavə edib ki, pandemiya ilə bağlı Trampın tutduğu mövqe ABŞ dərin dövlətini heç cür qane etmir:

“Çünki Tramp onların üzərinə gedirdi. Rokfeller Komitəsinin qərarı var. Həmin qərarda göstərilib ki, dünyada əhalinin demoqrafik artımı onları qane etmir. Dünya ehtiyatlarının 60 faizi Rokfeller Komitəsinin nəzərdə tutuduğu şəxslərin əlindədir. Bu da bir milyard əhalidir. Onlar təxminən 6 milyard əhalini sıradan çıxarmaq istəyir. Bunu müharibə ilə etmək mümkün olmayacaq. Ən yaxşı yol Bill Qeytsin fikirləşiyi yoldur. Yəni insanlara cip qoyulur və sonradan onları öldürürlər. Onların planına görə, yaxın 10 ildə 2 milyard insan azalmalıdır. 2050-ci ilə qədər isə Yer kürəsində əhali sayı 2 milyarda düşməlidir. İndi ABŞ-da olan proses Trampın onlara mane olmasından doğur. Bu proses böyük bəlalar gətirəcək. Artıq digər ölkələrə də təsirlər özünü göstərir. Tramp Vaşinqtona Milli Qvardiyanı yeridib. Bir neçə şəhərdə ordu və polis camaatın tərəfinə keçdi. Bu faktiki parçalanmadır. Artıq ştatlar ABŞ-dan çıxmaq məsələsini gündəmə gətirir. Bu ştatların rəhbərləri demokratlardır. Onlar bir növ təhdid edirlər ki, insanlar ABŞ-ın dövlət kimi dağılması narahatlığını gündəmə gətirsin və Tramp seçkilərə qədər istefa versin. Çünki Tramp seçkiyə qatılsa, qalib gələcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər