COVID-19 qlobal pandemiyadır, hətta onu üçüncü dünya müharibəsi adlandırırlar.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Təəssüf ki, qlobal xarakter daşıyan düşmənə qarşı birlik olmadı. Burada qlobal cəbhə formalaşmalı idi. Artıq 6 aya yaxındır ki, bu virusla mübarizə aparırıq və qlobal səviyyədə həmrəyliyi görə bilmədik. Bu da koronavirusun qlobal miqyasda genişlənməsinə səbəb olur. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçirilməyib.
Elə buna görə də Prezident İlham Əliyev tərəfindən BMT Baş Assmbelyasınln sessiyasının keçirilməsi irəli sürüldü. Bu sessiyada dünya olaraq koronaya qarşı həll yollarını axtarıb tapmalıyıq. Karantin tədbirləri görülsə də, təkrar yoluxma hallarının baş verməsi istisna deyil".