14 İyul 2020 14:28
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident Adminstrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə siyasi partiyalarla dialoq formatında təkbətək gürüşümüz oldu.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa qeyd edib.

O bildirib ki, Ə.Vəliyev öncə 15 iyul 2020-ci ildə keçiriləcək Böyük Quruluş Partiyasının VI Qurultayı münasibəti ilə bütün partiya üzvlərinə təbriklərini çatdırdı:

“Ölkə Prezidentinin siyasi partiyalaiın inkişafı, siyasi münasibətlərin daha sağlam zəmində formalaşması istiqamətində tapşırıqlarına uyğun olaraq hər bir partiya ilə münasibətlərin açıq, şəffaf və demokratik prinsiplərə uyğun qurulmasının vacibliyinə diqqət yetirdi. Partiyamıızın ölkənin ictimai-siyasi həyatında və Milli Məclis müstəvisində fəaliyyətinin konstruktiv müxalifətçiliyə əsaslandığını, sağlam tənqid və təkliflərimizin Azərbaycan hakimiyyəti tərəfindən diqqətə alındığını xüsusi olaraq qeyd etdi.

Biz də qarşılıqlı olaraq ölkədə başlanan diaolq prosesində ən fəal rol alacağımızı bildirərək, son vaxtlar sağlamlaşan iqtidar-müxalifət münasibətlərinin dövlətçiliyimiz üçün vacib olduğunu vurğuladıq. Son vaxtlar yeni siyasi partiyaların qeydə alınmasının ölkədə siyasi plüralizmin inkişafına töfhə verəcəyini qeyd edərək, bu cür hüquqi maneələrin ortadan qaldırılmasının qarşılıqlı etimadın güclənməsinə təkan verəcəyini ifadə etdik.

Görüşdə Ermənistanın torpaqlarımızı işğalı və Dağlıq Qarabağ məsələsində BQP-nin mövqeyi ilə bağlı da müzakirələr apardıq.

Ə.Vəliyev bu cür müzakirələrin bütün siyasi partiyalarla aparıldığını və qalıcı bir proses olacağını bir daha bildirdi. Bizim də BQP olaraq dövlətçiliyimizin maraqlarının təmin olunması üçün bir müxalifət partiyası olaraq üzərimizə düşən vəzifəni hər zaman həssaslıqla yerinə yetirəcəyimizi qeyd etdim. Görüş olduqca səmərəli keçdi və xeyli məsələlər ətrafında faydalı müzakirələr oldu”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər