22 İyul 2020 20:45
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciəti məzmun etibarilə sadəcə müraciət deyil, həm də bir çağırışdır.

Milli Məclisin Ailə qadın və uşaq məsələləri komitəsindən Teleqraf.com-a verilən məlumata görə, birinci Vitse-Prezidentin müraciətində bir neçə strateji məsələyə eyni vaxtda toxunması milli maraqlarımızın qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir:

"Müraciətdə Milli Ordumuzun gücü və düşmən təxribatına layiqli cavab verməsi ilə bağlı məsələ milli maraqlarımızın təmin olunması kontekstində də elə birinci yerdə durur. Cəbhə xəttində baş verən hadisələr, Yaşından, cinsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbayca xalqı Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdirdi. Mehriban xanım Əliyeva öz müraciətində çox gözəl ifadə edib: “Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı, ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur.

Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi”. Hər kəsi güclü birliyin, ruh yüksəkliyini nümayiş etdirməyin, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmağın müqəddəs mübarizəmizdə güclü və təsirli vasitə olduğunu qeyd edən Birinci Vitse-Prezident Mehriban Əliyeva bu günlər ərzində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdar olduğunu bildirib. Vətəndaşların sosial şəbəkələrdə nümayiş etdirdiyi dəstək, səbr, həmrəylik, təmkinə görə təşəkkür edən Birinci Vitse-Prezident bildirib ki, bu məsələdə biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq. Xalqa müraciət edən Mehriban Əliyeva yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən müharibə şəraitində yaşadığımızı, qarşı tərəfin informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə biləcəyini unutmamğı tövsiyə edib".

Komitə bəyan edir ki, şəhidlərimizin qisasını almaq əzmi nümayiş etdirə bilməyimiz milli həmrəyliyimizin bariz göstəricisidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər