26 Avqust 2020 14:23
2 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında görüş keçirilir.

Teleqraf.com xəbər verir ki, bu, Ceyhun Bayramovun rusiyalı həmkranın dəvəti ilə Rusiyaya ilk rəsmi səfəridir.

Rəsmi qaşılanma mərasimindən sonra nazirlər arasında görüş başlayıb.

Lavrov:

“Hörmətli Ceyhun Əzizoviç, əziz dostlar!

Moskvada dost Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndə heyətini qarşılamaqdan məmnunuq. Siz, Ceyhun Əzizoviç, paytaxtımızda bir dəfədən çox olmusunuz. Bu gün ilk dəfə ölkəsinin xarici işlər naziri olaraq buradasınız. Mən bir daha sizi bu təyinat münasibətilə təbrik edirəm və əvvəlki vəzifələrdəki təcrübənizin prezidentlərimizin müntəzəm təmasları zamanı qurduğu münasibətlər və strateji tərəfdaşlığımızın inkişafına yönəltdiyinizin davamlılığı və daha da dərinləşməsini təmin edəcəyinə inamımı bildirirəm. İkitərəfli və beynəlxalq məsələlərdə çox faydalı və maraqlı bir söhbət gözləyirəm. Yenidən xoş gəlmisiniz”.

Ceyhun Bayramov:

“Moskvaya rəsmi səfər etmək üçün dəvətə görə sizə təşəkkür etmək istəyirəm. Ölkələrimiz arasında bütün məsələlər üzrə maraqlı və faydalı müzakirə olacağını gözləyirəm. Hazırda ölkələrimiz arasında 200-dən çox saziş mövcuddur. Onlar çox uğurla həyata keçirilir və ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edir. Daha 50-yə yaxın müqavilə hazırlanır. və bunlar bir sıra sahələri əhatə edir.

Xarici İşlər Nazirliklərinin əlaqələndirici struktur kimi fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, bugünkü müzakirə bu dialoqa xüsusi töhfə verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər