Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Rusiya səfiri Sergey Kopırkini öz malikanəsində qəbul edib. İki saat davam edən görüşdə Ermənistan-Rusiya münasibətlərinin inkişafı, regional təhlükəsizlik və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib.
O qeyd edib ki, görüşün iki saat davam etməsi məhsuldar, eyni zamanda gərgin dialoqdan xəbər verə bilər: “Çünki dövlət başçıları arasında görüşlər belə, adətən bir saatdan çox davam etmir”.
Zaur Məmmədovun fikrincə, görünən odur ki, Rusiya Ermənistanda baş verənlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Nikol Paşinyanla danışmaqdansa, onun sözünə qulaq asdığı və etibar etdiyi Petrosyanla görüşməyə üstünlük verib: “Yəqin ki, yaxın vaxtlarda Paşinyan və Ter-Petrosyan arasında mütəmadi danışıqlardan birincisi baş tutacaq”.
Politoloq hesab edir ki, beləliklə, bölgədə olduqca ciddi proseslərə start verilib:
“Rusiyanın son bir ildə Cənubi Qafqazla bağlı hədəflərinin reallaşması istiqamətində yeni taktiki gedişlərinin də şahidiyik. Əgər 2008-2018-ci illər ərzində Rusiya münaqişədə hərbi-siyasi neytrallığını qoruyurdusa, artıq İrəvan və Bakı arasında məcburi seçim edib. Onu məcbur edən digər səbəb isə dünyanın 2022-ci ildən sonrakı geosiyasi mənzərəsində Kremlin yeri ilə bağlıdır.
Yüz il əvvəl baş verən ssenari yenidən təkrarlana bilər. Nə qədər paradoksal səslənsə də ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Vatikan, Rokfellerlər, Rotşildlər Rusiyanı qlobal dünyanı nizamlayan aktorlardan biri kimi dəstəkləyəcək. Təxminən yüz il əvvəl yəhudilər tərəfindən qurulan, rus etnik kimliyini istismar edən yeni Rusiya budəfəki dünya bölüşdürməsində də ABŞ-la birgə yoluna davam edəcək. Başqa sözlə, İkinci dünya müharibəsinin sonunda dünyanı ABŞ və SSRİ vasitəsilə öz aralarında bölüşdürən planetin zəngin ailələri bu dəfə Vaşinqton və Moskva vasitəsilə bölüşdürəcəklər”.