13 Sentyabr 2020 01:22
1 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. İndiki məqamda isə bu proses daha intensiv xarakter alıb. Əvvəl Suriyadan etnik ermənilər işğaldakı Azərbaycan ərazilərinə köçürülürdü. Hazırda tək Suriyadan deyil, Livandan da etnik ermənilərin qanunsuz köçü təşkil edilir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib.

Komitə üzvü qeyd edib ki, işğaldakı ərazilərimizə köçürülən ermənilər heç də dinc ailələr deyil. Millət vəkili bu ailələrin bir çox hallarda Yaxın Şərqdə terrorçi kimi fəaliyyət göstərdiyini söyləyib: “İndiki halda isə həmin terrorçular Livandan və Suriyadan işğaldakı Azərbaycan ərazilərinə köçürülürlər. Bu halların sonradan hansı fəsadlarla nəticələnəcəyini proqnozlaşdırmaq elə də çətin deyil.

Eyni zamanda işğalçı Ermənistan bu addımı ilə özünün əsl mahiyyətini, xislətini ortaya qoymuş olur. Çünki Ermənistanda terrorizm dövlət siyasəti səviyyəsinə yüksəlmiş bir vəziyyətdədir”.

Deputat bu cür addımların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dinc yollarla həlli imkanlarını buxovladığnı söyləyib.

Bildirib ki, bu cür riyakar addımlar ümumiyyətlə dinc danışıqların tamamilə məhvinə gətirib çıxarır: “Dinc danışıqların olmayacağı təqdirdə isə müharibə versiyası kifayət qədər aktuallaşır. Çünki Ermənistanın son addımları nəticə etibarı ilə regionda böyük bir müharibənin başlayacağına yaşıl ışıq yandırmış olur. Bu halda bütün məhsuliyyət işğalçı Ermənistanın üzərinnə düşür. Eyni zamanda onun himayədarları da bu məhsuliyyətdən kənarda qala bilməyəcək”.

Elman Nəsirov beynəlxalq təşkilatların üzərinə böyük məhsuliyyət düşdüyünü diqqətə çatdırıb. Qeyd edib ki, bir çox hallarda beynəxalq təşkilatlar kənar müşahidəçi statusunda prosesləri izləməklə kifayətlənir: “Bu cür hərəkətlərinə görə Ermənistana qarşı heç bir təsir və təzyiq mexanizmlərini işə salmırlar. Bu baxımdan ATƏT-in Minsk Qrupunun üzərinə böyük məhsuliyyət düşür. Çünki bu təşkilat hazırda seyrci, dişsiz mövqe sərgiləyir. Bütün bunları hiss edən işğalçıda isə arxayınlıq yaranır. Ermənistanın işğalçı hakimiyyəti növbəti cinayətləri həyata keçirməkdə maraqlı olur. İndiki reallıq bundan ibarətdir. Bundan sonra hadisələrin ən "qara ssenari" üzrə inkişafına görə bütün məhsuliyyət cavabdehlərin üzərinə düşür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər