2 Oktyabr 2020 11:30
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makronun cəbhədə gedən döyüşlərlə bağlı tutduğu qərəzli mövqe, verdiyi bəyanat Milli Məclisin bugünkü plenar iclasında ciddi tənqid edilib. Çıxış edən deputatlar Fazil Mustafa, Səməd Seyidov, Elşən Musayev, Sevil Mikayılova, Arzu Nağıyev, Kamal Cəfərov və digərləri Fransanı beynəlxalq hüquq prinsiplərinə hörmət etməyə çağırıblar.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin deputatları eyni zamanda Fransanın ATƏT-in Minsk Qrupundakı mandatının alınması ilə bağlı çağırışlar ediblər.

Qeyd olunub ki, münaqişənin həlli işğalçıların Azərbaycan torpaqlarından tamamilə çıxması ilə mümkündür.


Müəllif: Cavad

Oxşar xəbərlər