“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri cəbhədə baş verənlərlə bağlı narahatlıqlarını bəyan etdilər. Bildirdilər ki, həmsədrlər üzərinə düşəni etməyə hazırdır. Bəs Cənab Prezident İlham Əliyev dəfələrlə Ermənistanın müharibəyə hazırlaşdığını deyəndə harada idilər?”
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
B.Məhərrəmov bildirib ki, Ermənistan heç bir beynəlxalq hüququ saymır: “Ermənilər qadağan olunmuş silahlardan istifadə edir. O silahlardan axırıncı dəfə faşist alman ordusu Polşaya qarşı istifadə edib. Ermənistan mülki əhalini, Gəncə boyda şəhəri atəşə tutur. Ermənistanın etdiyi artıq bəşəri cinayətdir”.