14 Oktyabr 2020 20:54
2 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ ətrafındakı durumun gərginləşməsinin Trans-Adriatik boru-kəmərinin inşasının başa çatmasına az müddət qalmış başlaması təsadüfi deyildi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Ekspert Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son açıqlamasına diqqət çəkib:

“Rusiya Xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağa rus sülhməramlı qüvvələrinin yerləşdirilməsinin vacibliyi haqqında danışır və bunu “nəzarət mexanizmi” adı altında təqdim edir. Qarabağ ətrafındakı durumun gərginləşməsinin Trans-Adriatik boru-kəmərinin inşasının başa çatmasına az müddət qalmış başlanması onsuz da bəzi mətləblərdən xəbər verirdi. Qeyd edim ki, sözügedən kəmər Azərbaycan, Yunanıstan və Türkiyə üzərindən keçməklə İtaliyanın cənubundakı qəbul terminalına uzanır. Keçən ayın ortalarından artıq doldurulub, yəni ticarət əməliyyatlarının başlanması üçün hazırlıqlar başa çatmaq üzrədir. Bu kəmərin istifadəyə verilməsi Avropada enerji xətlərinin şaxələndirilməsində və Avropa Birliyinə qaz tədarükündə “Qazprom”un monopoliyasını dağıtmaq üçün mühüm əhəmiyyət kəsb edir. Proses oktyabrın 28-nə kimi yekunlaşacaq.

Lavrovun məlum fikirlərinə gəldikdə, bu “nəzarət mexanizmi” Rusiyaya İranla quru əlaqəsi əldə etmək və Avropa Birliyinin “Qazprom”dan kənardakı alternativ xətlərini istədiyi vaxt hədələmək imkanı verə bilər”.
Yeganə Hacıyeva hesab edir ki, Azərbaycanın bu prosesi öz xeyrinə həll etmək üçün çox geniş imkanları mövcuddur:

“Bu hərbi və təhlükəsizlik vasitələrdən başqa, həm də iqtisadi vasitələrdir. Paralel olaraq həm də Avropa Birliyi komissiyaları Ermənistanın təxribatlarına qarşı öz imkanları çərçivəsində - iqtisadi, diplomatik və informativ təsir vasitələrini istifadə etməlidir. Ümumiyyətlə Avropa Birliyi Cənubi Qafqazda öz enerji təhlükəsizliyinin qorunmasında məşvərətçi-müşahidəçi rolunda çıxış etməməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər