29 Oktyabr 2020 01:16
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gəncə, Bərdə, Tərtər rayonları ərazisinə təcili olaraq BMT-nin faktaraşdırıcı komissiyası göndərilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Müsavat partiyası başqanı Arif Hacılı deyib.

Partiya rəhbəri Ermənistanın işğalçı ordusunun Azərbaycana qarşı müharibə cinayəti törətməyə davam etdiyini söyləyib:

“Döyüş bölgəsində ağır məğlubiyyətlərə uğrayan erməni terrorçu silahlı birləşmələri müharibə cinayətlərini davam etdirir. Bərdə şəhərinin raket atəşinə tutulması nəticəsində azı 20-dən çox mülki şəxs həlak olub, 60 -dan çox yaralı var. Bu artıq Azərbaycan xalqına qarşı soyqırım siyasətinin davamıdır. İnsanlıq əleyhinə olan bu cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq məhkəməyə cəlb edilməlidir.

Gəncə, Bərdə, Tərtər rayonları ərazisinə təcili olaraq BMT-nin faktaraşdırıcı komissiyası göndərilməlidir. Ümid edirəm və gözləyirəm ki, “Amnesty İnternational”, “Freedom house”, Human Right Watch” kimi beynəlxalq təşkilatlar mülki əhaliyə qarşı törədilən bu müharibə cinayətlərinə dərhal münasibət bildirəcək, döyüş bölgəsindən çox uzaqda yerləşən şəhərlərimizin qadağan olunmuş ballistik raketlərlə atəşə tutulmasının qarşısını almaq üçün təsirli tədbirlər görəcəklər.

Əminəm ki, Azərbaycan Azadlıq Ordusunun bu vəhşiliklərə qarşı döyüş meydanında mərdi-mərdanə cavabı gecikməyək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər