5 Noyabr 2020 12:45
25 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş planlaşdırılmır”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.

“Bu anda planlaşdırılmır. Belə bir görüşün nəzərdə tutulduğu halda açıqlanacaq”, - Mnatsakanyan bildirib.

O, hazırda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin də görüşünün planlaşdırılmadığını və hər şeyin vəziyyətdən asılı olduğunu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər