ABŞ-ın keçmiş prezidenti Corc Buş prezident seçkilərində qalib gələn Co Baydeni təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə eks-prezidentin özü açıqlama verib.
“Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Co Baydenlə danışdım. Dünən axşam vətənpərvərlik mesajı verdiyinə görə təşəkkür etdim və təbrik etdim. Kamala Harrisə də zəng etdim. O, yeni vitse-prezidentdir, tarixi bir ilkdir. Siyasi fikir ayrılıqlarımız olsa da, Co ölkəni yenidən birləşdirmək fürsəti əldə edən yaxşı bir insandır”, - Buş qeyd edib.
ABŞ Prezidenti Donald Trampı və keçmiş həmkarı Barak Obamanı da seçkilərdə qalib gəldikləri zaman eyni istəklərlə təbrik etdiyini xatırladan Corc Buş Baydenin 70 milyondan çox insanın səsini qazanaraq tarixi bir uğur qazandığını bildirib.
“Prezident Tramp səslərin yenidən sayılması tələbini irəli sürmək və məsələnin məhkəmədə araşdırılması hüququna malikdir. Həll olunmamış hər hansı bir məsələ düzgün şəkildə həll ediləcək. Amerika xalqı bu seçkinin əsaslı şəkildə ədalətli keçiriləcəyinə, təsdiqlənəcəyinə və nəticəsinin açıq olacağına əmin ola bilər”.