Nizamlanma prosesi normal davam edir. Fikrimcə, bizim qarşımızda indi vacib məsələlərdən biri də işğaldan azad olunan əraziləri bərpa etmək və Azərbaycan vətəndaşlarını 30 ildən sonra öz yurd-yuvalarına qaytarmaqdır. Bu mənada ölkəmizin qarşısında çox böyük hədəflər durur.
Bu fikirləri Teleqraf.com-a deputat Asim Mollazadə dekabrın 1-də Laçının Azərbaycana qaytarılmasından sonra üçtərəfli razılaşmanın gedişatını şərh edərkən deyib.
Partiya sədri hesab edir ki, artıq Dağlıq Qarabağdakı separatçıların taleyi həll edilib:
“Azərbaycan Minsk Qrupunun təklifərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. Düşünürəm ki, Qarabağda Azərbaycanda yaşamaq, bu ölkənin qanunlarına riayət etmək istəyənlər, qalıb yaşaya bilərlər. Kimlər ki yenidən əlinə silah götürmək niyyətinə düşəcəksə, müvafiq qərarlar əsasında onların taleyi həll ediləcək. Başqa variant yoxdur”.