Rusiya sülhməramlılarının 10 noyabr bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni "xəritə" təqdim etməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaradıb. Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir "xəritə"ni dövriyyəyə buraxmaq səlahiyyətinin haradan qaynaqlanması ilə bağlı suallar ünvanlayır. "Xəritələr" və sülhməramlıların səlahiyyətini aşan hərəkətlər öhdəliklərin pozdulduğu deməkdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində erməni terrorçularının əsgərlərimizə mülki şəxslərə hücumunu xatırladıb: “Nəticədə ölən və yaralananlar var. Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Əgər yeni hallar baş verəcəksə, Azərbaycan tərəfi adekvat addımlar atacaq. Buna görə də Rusiya sülhməramlılarının hazırlayıb yaydığı "xəritə" qeyri-realdır. Qısa zamanda ona düzəliş edilməlidir”.
Millət vəkilinin fikrincə, bu hallar Azərbaycan ictimaiyyətində rus sülhməramlılarına olan etimadı sarsıdır: ”İctimaiyyətimiz müharibə dövründə Rusiyanın Ermənistanı silahlandırmasını yaxşı xatırlayır. Gəncə, Bərdə və Tərtər şəhərlərinin Rusiyanın Ermənistana verdiyi raketlərlə vurulduğu kəsə bəllidir”.
Cavid Osmanovun fikrincə, Rusiyada müəyyən qüvvələr Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdəki planları Azərbaycanda təkrarlamağa cəhd göstərməməlidir: “Görünür, Rusiyada müəyyən dairələr dekabrın 10-da Bakıda keçirilmiş Qələbə paradından narahatdır”.
Sülhməramlılar Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır deyə", - deputat əlavə edib.