17 Dekabr 2020 09:23
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibənin ikinci hissəsini təqdim edirik:

-1994-95-ci illərdə ölkəmizdə çətin, təlütümlü dövrlər yaşanırdı. Ulu öndər Heydər Əliyev prosesləri necə tənzimlədi?

- 1994-1995-ci ildə ölkə daxilində çəkişmələr vardı. Mart hadisələri və ondan sonra gedən proseslər həll edildi. Bundan sonra Azərbaycan iqtisadiyyatı ciddi istiqamətlər üzrə inkişaf etməyə başladı. Neft kontraktları ilə yanaşı digər müqavilələr üzrə də Azərbaycana vəsaitlər daxil olmağa başladı. Ölkəmizi artıq dünya dövlətləri tanımağa başladı. Dövlətimizin qüdrəti özünü göstərirdi. Bir sıra aparıcı təşkilatlar Azərbaycanı tanıyıb qəbul edirdi. Ölkəmiz artıq özünün daxili imkanları hesabına inkişafa nail olurdu. Sovet dönəmində də Azərbaycan, Ukrayna özünü təmin edən dövlət olub.

Ulu öndər Dağlıq Qarabağ probleminin həlli üçün işğalçı Ermənistan rəhbərləri ilə dəfələrlə danışıqlarda iştirak edib. Petrosyanla, Köçəryanla görüşlərdə ərazilərmizin azad edilməsi ilə bağlı dövlətimizin iradəsi ortaya qoyulub. Eyni zamanda ulu öndər onlara Azərbaycanın işğalda olan ərazilərindəki maddi-mədəni, tarixi abidlərimizin dağıntılara məruz qalması ilə bağlı iradlarını bildirirdi. Sözsüz ki, barbarlığa adət etmiş ermənilər yenə də öz çirkin əməllərinə davam edirdilər.

- Heydər Əliyev Şuşaya xüsusilə həssaslıqla yanaşırdı. Bu həssaslıq nə ilə bağlı idi?

- Şuşa Azərbaycanın tarixi şəhəridir, dövlətimizin milli-mədəni tarixində çox mühüm yer tutur. Ziyalılarımız, dövlət adamlarımız, mədəniyyət xadimlərimiz, Şuşa ilə bağlı olan insanlarımız bu şəhərin tarixində xüsusi rol oynayır. Şuşanı erməniləşdirmək, sonra da ona qondarma bir ad qoymaq məntiqə uyğun deyil. Ümumiyyətlə, ermənilər hara düşsələr orada tarixi saxtalaşdırmağa çalışırlar. Bu yaxınlarda torpaqlarımız azad edildikdən sonra orada saxta erməni abidələri istehsal edən bir “müəssisə” aşkarlandı. Çünki ermənilər hər zaman özləri üçün saxta tarix yaratmağa çalışıb. Ona görə ki, ermənilərin heç vaxt dövləti olmayıb. Onlar 3-5 gün yaşadıqları yeri özlərinə vətən hesab edirlər. Tarixə də nəzər salanda erməni dövləti adında bir mənbə, reallıq yoxdur. Amma buna baxmayaraq ermənilər özlərini qədim xalq hesab edir, Qafqazın tarixi sakinləri sayırlar. “Dənizdən-dənizə”, “Böyük Ermənistan” yaratmaq istəkləri, xəyalları da bundan qaynaqlanır. Ermənilər hər zaman xəyalpərəst olub. Onlar reallıqdan hər zaman uzaq, uydurma tarixlə hərəkət ediblər. Ermənilər hara düşsələr də yerin altından bir erməni xaçı çıxaracaqlar. Bir vaxtlar uydururdular ki, İrəvanda 2500 il əvvələ aid xaç tapıblar. Bütün bunlar göstərir ki, onlar özlərindən uydurma yaratmağa hər zaman hazırdır.

- Heydər Əliyevin siyasi irsi, müəyyənləşdirdiyi strategiya Azərbaycanın gələcək inkişafına hansı imkanlar yaradacaq?

- Ümumilli lider Heydər Əliyev Azərbaycan xalqının əbədiyaşar lideridir. Onun müəyyənləşdirdiyi strategiya Azərbaycanın bu günü, gələcəyi deməkdir. Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycanı azad, güclü, firavan görmək arzusunda olub. Bunun üçün də ömrü boyu xalqı və dövləti üçün çalışıb. Onun həyata keçirdiyi strategiya Azərbaycanı yox olmaqdan, parçalanmadan xilas edərək, bugünkü inkişaf mərhələsinə gətirib çıxarıb. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib. Bölgədə bu gün Azərbaycan böyük nüfuza malikdir. 44 günlük Vətən Müharibəsi də sübut etdi ki, Azərbaycan dövləti düzgün strateji xəttə, sarsılmaz xalq-iqtidar birliyinə əsaslanır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan dünyada aparıcı dövlətlər sırasındadır. Bütün bunlar isə siyasi iradə, qətiyyət və düzgün strateji xəttə əsaslanır.

Azərbaycan xalqı bu gün ulu öndər Heydər Əlyev siyasi kursuna öz sadiqliyini subut edib. Hər bir azərbaycanlı ümummulli lideri böyük sevgi və hörmətlə yada salır. Heydər Əliyev strategiyası olmasaydı, Azərbaycan bugünkü səviyyəyə gəlib çata bilməzdi. Vətən müharibəsində də xalqımız cənab Ali Baş Komandanın timsalında ulu öndərin siyasi iradəsini, onun müəyyənləşdirdiyi xətti gördü. Azərbaycana qarşı olan təzyiqlər və bir sıra Avropa dövlətlərinin mövqeyi, başqa reallıqlara baxmayaraq Azərbaycan lideri xalqın, dövlətin maraqlarını ən yüksək səviyyədə qorumağı bacardı.

- Prezident İlham Əliyevin timsalında ulu öndər Heydər Əliyevin siyasi kursu və onun xalqa, dövlətə olan xidməti necə xarakterizə etmək olar?

- 2003-cü ildən sonra Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti uğurla davam edib. Cənab Prezidentin rəhbərliyi alıtnda bu gün Azərbaycan müasir və modern bir dövlətə çevrilib. Azərbaycan regionda aparıcı dövlətdir. İqtisadi inkişafın Azərbaycan modeli yaranıb. Sosial-iqtisadi sahədə olduğu kimi ordu quruculuğu sahəsində də mühüm uğurlar əldə edildi. Azərbaycan Ordusu gücünü 2016-cı ilin aprelində işğalçı Ermənistana sarsıdıcı zərbələr vurdu. Mühüm starteji yüksəkliklər işğalçılardan azad edildi. Lələtəpədə üçrəngli bayrağımız dalğalandırıldı. Qarabağa qayıdışın rəmzi olan Cocuq Mərcanlı kəndi düşməndən azad edildi. Orada qısa zamanda bütün infrastruktur bərpa edildi. Şuşa məscidininin bənzəri olan məscid inşa olundu. Bu, Qarabağa qayıdışın böyük bir əlaməti di. Bu ilin yayında düşmən Qarabağdan uzaqda yerləşən Tovuz rayonu istiqamətində təxribatlara əl atdı. Güclü Azərbaycan Ordusu işğalçı Ermənistana növbəti dəfə sarsıdıcı zərbə vurdu. Amma buna baxmayaraq düşmən təxribatlarına davam edirdi. Avqust ayında düşmən diversiya-təxribat qrupu ilə hücuma keçməyə cəhd etdi. Bununda qarşısı ordumuz tərəfindən qətiyyətlə alındı. Düşmənin təxribatçı qrupuna rəhbərlik edən şəxs əsir götürüldü.

Sentyabrın 27-də isə daha böyük təxribatlara əl atan işğalçı Ermənistan cəbhə xətti boyu yaşayış məntəqələrimizi, Ordumuzun bölmələrinə hücumlar təşkil etdi. Güclü Azərbaycan Ordusu düşmənin hərbi təxribatlına cavab olaraq əks-hücüm əməliyyatına başladı. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında düşmənə sarsıdıcı zərbə vurdu. İşğalçı Ermənistan ordusu darmadağın edildi. 30 ilə yaxın müddətdə işğalda qalan torpaqlarımız düşməndən azad edildi. Bu gün Azərbaycan Ordusunun necə təşkil edildiyi və hansı silahlara malik olduğu bütün dünyanın diqqət mərkəzindədir. Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində Ali Baş Komandan kimi bütün dünyanın diqqətində oldu. Onun bir strateq kimi bütün proseləri zərgər dəqiqliyi ilə icra etməsi və nəyi, nə zaman icra etmək lazım olduğu prinsipini ortaya qoyması qələbəmizi şərtləndirdi. Necə ki, II dünya müharibəsində general Jukovun adı daha çox çəkilir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev özünün sərkərdəlik, ordu quruculuğu ilə bağlı bütün bilik və bacarıqlarını ortaya qoydu. Çünki bu gün aparılan müharibələr ənənəvi döyüşlərdən fərqlənir. Azərbaycan bütün dünyaya 5-ci nəsil müharibə qaydalarını və ənənələrini nümayiş etdirdi. NATO və digər aparıcı təşkilatlar Azərbaycanın apardığı 44 günlük müharibə təcrübəsini tədqiq etməkdə maraqlıdır. Ermənilərin illərlə qurduğu müdafiə sədləri, Ali Baş Komanadanın rəhbərliyi ilə 44 günə məğlubedilməz erməni mifi darmadağın oldu. Cənab Prezident cəsarət və bacarıq, sarsılmaz iradəsini ortaya qoydu. Müharibə dönəmində də xalqımıza hansı informasiyanı necə vermək lazımdırsa onu da məharətlə çatdırdı. Vətən müharibəsində bütöv Azərbaycan xalqı düşmənə “Dəmir yumruq” kimi zərbə vurdu. Ermənilər indi etiraf edirlər ki, Şuşaya girən Azərbaycan Ordusunun qarşısında dayanmaq qeyri-mümkün idi. Azərbaycan Ordusu öz gücünü qüdrətini düşmənə göstərdi. Allah bütün şəhidlırimizə rəhmət etsin. Vətən uğrunda canını qurban verən hər qazilərçmizə Allahdan şəfa diləyirik.

- Şuşanın azad edilməsi elan olunanda Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirdiyini vurğuladı...

- Cənab Ali baş Komandan Şuşa azad edildikdən sonra ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi. Orada cənab Prezident Şuşa azad olunan günü ata vəsiyyətini yerinə yetirdiyini bildirdi. Bu, ən yüksək vətənpərvərlik, ataya məhəbbət və insanlıq hissi idi. 44 gündə cənab Prezident xalqımızın müqəddəs müharibəsində əlindən gələn bütün imkanlardan istifadə etdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə öz sərhədlərini bərpa etdi. Artıq işğaldan azad edilən ərazilərimizin inkişafı ilə bağlı proqramlar nəzərdə tutulur.

- Cənubi Qafqazda qarşılıqlı əməkdaşlığa, təhlükəsizliyə əngəl olan Qarabağ problemi həll olundu. Bundan sonra regionun inkişafını necə proqnozlaşdırmaq olar?

- Bu gün region üçün yeni bir reallıq yaranır. Artıq bir sıra layihələr var. Sözsüz ki, region dövlətlərinin əksəriyyəti bu layihələrin icrasında, həyata keçirilməsində maraqlıdır. Çünki bu layihələr bölgədə yaşayan xalqlar üçün yeni imkanlar deməkdir. Sözsüz ki, konstruktiv müstəvidə baş verən bütün əməkdaşlıq region ölkələrinin də inkişafına imkanlar açacaq. İşğaldan azad edilmiş bölgələrimizin böyük iqtisadi, turizm potensialı var. Kəlbəcərdə və digər yerlərdə böyük sanatoriyalarımız olub. Rusiyadan və digər yerlərdən o vaxt Kəlbəcərə, İstisu sanatoriyasına çoxlu sayda insanlar istirahətə gəlirdi. Eyni zamanda o bölgələrimiz özünün tarixi abidləri ilə zəngindir. Orada olan tarixi abidələrimizin yenidən bərpa edilməsi və bunların bütün dünyaya çatdırılması üçün işlər aparılmalıdır.

- Alban məbədlərini bu gün ermənilər öz adlarına çıxmağa çalışır. Bu müstəvidə tarixi həqiqət kimin tərəfindədir?

- Azərbaycanın ərazisində qədim Albaniya dövləti olub. Makedoniyalı İsgəndərin Şərqə yürüşündən sonra Azərbaycan ərazisində iki dövlət yaranmışdı. Cənubda Atropatena, Şimalda isə Albaniya. Bu gün Azərbaycan ərazisində olan və ermənilərin də iddia etməyə çalışdığı abidələr albanlara məxsusdur. Bu abidələrin ermənilərlə, qriqoryanlıqla heç bir əlaqəsi yoxdur. Xəlifənin dövründə də Alban abidələri öz mövcudluğu, fəaliyyətini davam etdirib. Qubada, Qarabağda alban abidləri var. XIX əsrin əvvəllərində Gülüstan, Türkmənçay müqavilələrindən sonra Cənubi Qafqazda ermənilərin məskunlaşmasına imkan yaradıldı. Alban məbədləri də həmin dövrdən ermənilərə verildi. Çar Rusiyası o vaxt alban kilsələrinin erməni qriqoryanların istifadəsinə verilməsi ilə bağlı qərar verib. İndi isə alban-udin din xadimləri Kəlbəcərdə və digər ərazilərdə olan abidlərimizin albanlara məxsusluğunu faktlarla təsdiq ediblər. Ermənilərin isə bu məsələ ilə bağlı narazılıqlarının heç bir əsası yoxdur. Çünki tarixi faktlar da sübut edib ki, Azərbaycan ərazisində olan xristian məbədləri albanlara məxsusdur. Ermənilər isə bu abidələri Qafqaza köçürüldükdən sonra öza adlarına çıxmağa çalışıb.

- Ermənilər hansı zərurətdən saxta keçmişlərini güclü, tarixi dövlətlərə bağlamağa çalışır?

-Tarixə məlumdur ki, ermənilər hər zaman öz saxta tarixlərini dünyaya çatdırmağa çalışıb. Bu gün azad edilən ərazilərimizdə saxta erməni abidəsi istehsal edən müəssisələr aşkar edilib. Bu göstərir ki, bunlar saxtakarlığa, tarix üzərində özlərinə uydurma keçmiş yaratmağa meyillidirlər. Romada, Misir piradmidalarında özlərinin saxta tarixi ilə bağlı qeydlər aparmağa çalışıblar. Ermənilərin məqsədi olmayan bir tarix üzərində özlərini qədim kökə sahib olduqlarını göstərməyə çalışmaqdır. Amma bütün reallıqlar onların xəyallarını alt-üst edir. İndi müasir dövrdür. Ermənilər kimi saxtakarlığa meyilli bir toplumun bütün dünyanı aldatması qeyri-mümkündür. Onlar hər zaman saxta tarixə əsaslanmağa çalışıblar. Amma hər zaman yanılıblar.

- Xalqların birgə yaşayışını necə xarakterizə edərdiniz?

- Tarixdən də bizə məlumdur ki, qalib və məğlub olmasından asılı olmayaraq hər bir müharibənin sonu sülh ilə bitib. II dünya müharibəsindən sonra olan tarixi gerçəklik var. Almaniya müharibədən məğlub çıxsa da, sonradan daha sivil və sülh yolunu tutdu. Eyni zamanda Yaponiyaya atom bombası atıldıqdan sonra daha sivil və inkişafa meyilli yola qədəm qoydu. Bu gün bu dövlətlər bütün dünyada aparıcı inkişafa malikdir. Ermənilər eqoistliklərini bir kənara qoyub əməkdaşlıqda maraqlı olsalar onların özü üçün daha yaxşı olar. Ermənilər hər zaman özlərinin aparıcı olduğunu deməyə çalışıb. Azərbaycanın dövlət rəhbəri də bildirdi ki, erməni xalqı ilə heç bir problemimiz yoxdur. Doğru, düzgün yanaşma olacaqsa, birgə, normal yaşayış mümkündür. Bu yaxınlarda bir erməni danışırdı ki, biz tarixdə heç vaxt qalib olmamışıq. 90-cı illərdə qısa müddətlik ermənilər özlərini qalib hesab etsələr də tarix bunun əksini sübut etdi.

Bu gün Azərbaycan xalqı cənab Ali Baş Komandana öz minnətdarlığını bildirir. Bakıda müstəqillik tariximizdə ilk dəfə Qələbə paradı keçirildi. Cənab Prezident bir strateq kimi nəyi, nə zaman edəcəyini dəfələrlə bəyan edib. Bu gün onun reytinqi dünyanın ən aparıcı liderlərləri ilə bir sıradadır. Ümumi türk birliyi uğrunda aparılan bu fəaliyyət yüksək qiymətləndirilir. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün dünyaya səmimi dostluq, qardaşlıq nümunəsi nümayiş etdri. Cənab Prezident də vurğuladı ki, 44 günlük Vətən müharibəsində xalqımız kimin dost, kimin düşmən olduğunu gördü. Qardaş Türkiyə Prezidenti, türk xalqı bu müharibədə hər an yanımızda oldu. Ümumi birliyimizə və qardaşlığımıza qarşı aparılan bütün kampaniyalara birlikdə cavab verildi. Azərbaycan-Türkiyə qardaşlığı daha da möhkəmləndi və bu birlik regionda yeni bir reallıq yaratdı.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər