“Nəqliyyat xətlərinin açılmasının bölgədə sülh və sabitlik üçün yaxşı bir mühit yaradacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Şəfiyev bölgədəki bütün ölkələrin layihələrdən faydalanacağını vurğulayıb: “Bu məsələdə Ermənistanın münasibəti vacibdir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Dağlıq Qarabağda təhlükəsizlik tam təmin edilməlidir. Oradakı erməni qüvvələri tamamilə çıxarılmalıdır”.
O, qeyd edib ki, Azərbaycan indi bütün problemləri tədricən diplomatik yollarla həll edir:
“Ermənistan bu məsələdə daha çox istəkli olmalıdır, çünki bütün regional layihələrdən kənarda qalıb. Əgər Ermənistan bu vəziyyətdən qurtulmaq istəyirsə, Azərbaycanla münasibətləri normallaşdırmalıdır”.