30 Yanvar 2021 15:21
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın Baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın 5-ci bəndinə əsasən bölgədə mərkəzin yaradılması nəzərdə tutulmuşdu. Mərkəz münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artıracaq. Eyni zamanda atəşkəsə nəzarət üzrə sülhməramlı missiyanın fəaliyətinə mərkəz vasitəsilə nəzarət olunacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, ötən müddət ərzində mərkəzin yaradılması ilə bağlı bütün texniki-təşkilati məsələlər həll edilib:

"Fəaliyyət istiqamətləri və nəzarət məntəqələri üzrə qaydalar müəyyənləşib. Birgə Monitorinq Mərkəzi tərəflər arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsinə nəzarət edəcək. Bu mümkün insidentlərin qarşısının alınmasının, araşdırılmasının təmin edilməsi üçün effektiv mexanizmdir. Cənab Prezidenti İlham Əliyev noyabrın 10-da xalqa müraciətində bildirib ki, qardaş Türkiyə rəsmi qaydada münaqişənin həlli və atəşkəsə nəzarət işində rol oynayacaq. Hazırda Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın siyasi iradəsinin gösətəricisidir. 10 noyabr bəyanatının müddəalarının gerçəkləşməsi sabitliyin təminatına xidmət edəcək. Bu, Prezident İlham Əliyevin düzgün, düşünülmüş, qətiyyətli və prinsipial siyasətinin məntiqi nəticəsidir”.

Cavid Osmanov Mərkəzin fəaliyyətə başlamasının cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin reallaşmasının göstəricisi olduğunu söyləyib: “Bu addım Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının əyani təzahürüdür. Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlaması regionda yaranmış yeni geosiyasi reallığın nəticəsidir. Bu reallığı cənab Prezidentin qətiyyətli siyasəti, Azərbaycan-Türkiyə tərəfdaşlığı yaradıb. İki qardaş ölkə arasında tərəfdaşlıq Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir”.

Deputatın fikrincə, prosesdə Rusiya və Türkiyənin birgə iştirakı olduqca pozitiv presedentdir: “Gələcəkdə regionda daha geniş əməkdaşlıq planlarının gerçəkləşdirilməsi üçün yeni imkanlar açır. Mərkəzin yaradılması və fəaliyyətə başlaması Prezident İlham Əliyevin irəli sürdüyü 3+3 formatının reallaşması istiqaməsində növbəti uğurlu addımdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər