44 günlük Qarabağ Müharibəsində Azərbaycan cəmiyyəti bütün dünyaya birlik nümunəsi göstərdi. 30 illik işğala, ədalətsizliyə, fazişmə zərbə vuruldu. Tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilmədi. Eyni zamanda bütün dünya üçün örnək ola biləcək bir addım atıldı. Cənubi Qafqaz regionunda separatizmə zərbə vuruldu. Dünyanın başqa yerlərində baş qaldıracaq mümkün separatizm cücərtilərinə də layiq olduğu cavab verildi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, faşizm ideyalırının Cənubi Qafqazda kök salmasına Azərbaycanın siyasi və hərbi iradəsi ilə son qoyuldu: “ Bölgədə sülhə ən böyük təhlükə olan Dağlıq Qarabağ problemi layiqli formada həll edildi.
Azərbaycanın bütün dünya tərəfindən tanınan beynəlxalq sərhədləri bərpa edildi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətnamələri icra edildi. Azərbaycan özü BMT Nizamnaməsinə əsasən ərazi bütövlüyünü təmin etdi. Bu beynəlxaq qanunlar və müharibə qaydalarına uyğun həll edildi. 44 günlük müharibədə Azərbaycan Ordusu konkret düşmən hədəflərinə zərbə vurdu. Hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi çərçivəsində baş verdi. Silahlı və terrorçu erməni qruplaşmaları və onların ayrı-ayrı ölkələrdən cəlb etdiyi muzdlular məhv edildi. Xalq, Ordu birliyi Ali Baş Komandanın Sərkərdəliyi ilə tarixi zəfər əldə olundu. Azərbaycan xalqı Şah İsmayıldan, Nadir şahdan sonra öz itirilmiş torpaqlarını geri qaytardı. Bu eyni zamanda müasir tariximiz və dünyanın indiki qloballaşma şəraitində almış olduğu mühüm bir mesaj oldu. Dünya xalqları separatizmə necə zərbə vurulduğunun əyani şəkildə gördü. Dövlətimizə dost olanlar öz dətəklərini ifadə etdi. Amma çox təssüf ki, hər zaman Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan qüvvələr də sakit dayanmadılar”.
Cavid Osmanov qeyd edib ki, istər müharibə və ondan sonrakı dövrdə xaricdə və daxildə olan təxribatçı qüvvələr cəmiyyətdə çaşqınlıq, təlatüm yaratmağa cəhdlər etdi: Amma Azərbaycan xalqı bu fürsətçilərə tarixi mühüm bir keçid mərhələsində imkan yaratmadı. Havadraların istəkləri ilə yayılan dezinformasiyalar elə cəmiyyətin özü tərəfindən yalanlandı. AXCP sədri Əli Kərimli, Milli Şura Sədri Cəmil Həsənli, ABŞ oturub Azərbaycanda daxili məsələlərə əl uzatmağa macal tapan Sevinc Osmanqızı, az qala öz vicdanı ilə siyasi manipuliyasiyalar edən Tofiq Yaqublular yaratmaq və arzusunda olduqları xaosun baş verməsini görə bilmədilər. Çünki vahid və güclü Azərbaycan cəmiyyəti çirkin niyyətdə olanlara fürsət vermədi. Ə.Kərimli müharibədən sonra virtual məkanda öz trol şəbəkəsi ilə düşmən üzərində qazanılmış Qələbəınin mahiyyəti ətrafında fikirlər formalaşdırır. C.Həsənli yenicən məkan saldığı ABŞ-da öz siyasi hiyləgərliyini işə salmağa çalışır. T.Yaqublu isə virtual məkandan, internet televiziyalarından özünü az qala “qəhrəman” kimi tədqim edir. Amma bunlar unudurlar ki, xalq üçün bu simalar elə də yad deyil. Bu insanların hakimiyyətdə olduqları dövrdə Azərbaycan xalqı bölünmək, parçalanmaq, düşmən qarşısında gücsüz hala salınmaq kimi təhlükələr yaşayıb. O qədər düşüncə sarıdan kasadlaşıblar ki, cəmiyyətin yenidən bunlara şans verməsini belə riyakarlıqla umurlar. Amma bu mümkün deyil. Sadə bir sorğu aparılsa, bu radikal düşüncədə olanlara qarşı cəmiyyətin münasibətinin necə olacağını öləri də bilir. Buna baxmayaraq, müasir dövrün yaratmış olduğu texnoloji yeniliklərdən öz çirikin siyasi konpaniyalarını yaymaq kimi bəd niyyətə düşüblər. Unudurlar ki, bu cür zərərli tendensiyalara Azərbaycan cəmiyyəti çoxdan yox deyib”.