2 Mart 2021 12:16
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçova 90 illik yubileyi münasibətilə təbrik teleqramı göndərib.

Teleqraf.com xəbər verir ki, teleqramın mətni Kremlin saytında yerləşdirilib.

“Siz haqlı olaraq parlaq, qeyri-ordinar insanlar, Vətən və dünya tarixinin gedişatına əhəmiyyətli dərəcədə təsir göstərən dövrümüzün görkəmli dövlət xadimləri sırasına daxilsiniz”, – deyə teleqramın mətnində deyilir.

Putin Qorbaçovun ictimai həyatda aktiv iştirak etməyə və beynəlxalq humanitar layihələrlə məşğul olmağa imkan verən yüksək peşəkarlığını, təcrübəsini, enerjisini və yaradıcı potensialını qeyd edib.

Rusiya dövlətinin başçısı SSRİ-nin keçmiş prezidentinə cansağlığı və ən xoş arzularını bildirib.


Müəllif: Səxavət