25 Mart 2021 14:42
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın 5 şəhərindən Azərbaycana aviareyslərin həyata keçirilməsi üçün verilən icazələri geri çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Dünən qurumun iclası keçirilib və aviareyslərin həyata keçirilməsi üçün verilən bir sıra icazələrlə bağlı qərar qəbul olunub.

“İjavia” aviaşirkətinə məxsus Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-na-Donu-Bakı aviareysləri üçün verilmiş icazələri aviaşirkətin ərizəsi əsasında geri çağırıb. Bu cür qərar "Red Wings" aviaşirkətinin Krasnoyarsk-Bakı aviareysinə də tətbiq edilib.

Agentlik "Red Wings" aviaşirkətin müraciəti əsasında da bənzər qərar verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər