6 Aprel 2021 20:35
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İƏT- ı olaraq Azərbaycanı siyası müstəvidə hər zaman dəstəkləmişik. BMT-nin Azərbaycanın lehinə qətnamələr qəbul etməsi üçün bütün siyasi gücümüzü səfərbər etmişik və bundan sonra da edəcəyik”

Teleqraf.com xəbər verir ki, bu fikirləri İslam Əməmkdaşlıq Təşkilatının (İƏT) Uqanda Respublikası üzrə rəsmisi Əhməd Kaueysa Siquando deyib. Diplomat qeyd edib ki, İƏT-nın 57 üzvü olaraq xoşbəxtdik ki,nəhayət Azərbaycan öz torpaqlarını erməni təcavüzündən xilas edib. “Sülh məsələsi daimi olan məsələyə çevrilməli və öz torpaqlarını itirən insanlar tarixi vətənlərinə qayıtmalıdırlar. İƏT-olaraq bundan sonra da çalışacayıq ki, Azərbaycana işğaldan azad olunan ərazilərdə bərpa və yenidən qurma işlərində yaxından kömək edək”-deyə Əhməd Kaueysa Siquando sözlərinə əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər