12 Aprel 2021 12:35
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin əsas hədəfi Ukrayna və Rusiya arasındakı mövcud hərbi-siyasi gərginlikdə hər iki ölkə ilə əməkdaşlığı qoruyub saxlamaqdır. Ərdoğanın Krımla bağlı prinsipiallığı və Beynəlxalq Krım Platformasında iştirak edəcəyi ilə bağlı mövqeyi Moskva və Ankara arasında müəyyən anlaşılmazlığa yol açsa da, tərəflərin isti münasibətləri qoruyacağına inanıram”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert hesab edir ki, Ukrayna-Türkiyə hərbi-siyasi əməkdaşlığı Rusiyaya qarşı yönəlməyib və bunu Moskva da yaxşı başa düşür:

“Ukrayna ordusunu PUA-larla təmin edən Türkiyənin mövqeyi müharibə başlayacağı təqdirdə, vasitəçi kimi rol oynamaqdan ibarət ola bilər. Ona görə də Ankara Kiyevlə sıx əməkdaşlığı davam etdirir ki, Moskva Türkiyənin vasitəçilyini qəbul etsin. Bu da Türkiyənin Qara dəniz və Donbas məsələlərində tərəf olmasına gətirib çıxara bilər. Qənaətimə görə, hazırda Türkiyə və Rusiya arasında əsas həssas məsələ ABŞ gəmilərinin boğazlardan keçərək Qara dənizə gəlməsidir. Türkiyə ABŞ-la müttəfiqliyə görə yox, yalnız öz geosiyasi maraqları çərçivəsində bu gəmilərin keçidinə icazə verib və hərbi gəmilər artıq Qara dənizdədir.

Donbasda müharibə baş verəcəksə, bu, birinci savaşdan fərqli ola bilər. Hər iki ölkədən olan 100 mindən artıq hərbi qüvvə üz-üzə qalıb. Digər yandan, ABŞ-ın Ukrayanın yanında olması, geosiyasi müharibənin başlamasına səbəb ola bilər. Bütün hallarda isə indiki məqamda Rusiyanın Ukraynaya Donbasda suverenliyinin bərpasına imkan verəcəyi mümkün görünmür. Müharibə başlayacaqsa, Rusiya Donetsk və Luqanskı öz ərazilərinə qata bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər