12 Aprel 2021 18:31
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyevin Prezidentliyinin məhz bu dövrü həqiqətən də onun idarəçilik illərinin ən yüksək zirvələrindən biri sayıla bilər. Çünki ona qədər ki dövrdə mühüm fundamentlərin daha da dərinləşdirilməsi, Azərbaycanın regional və beynəlxalq mövqeyinin möhkəmləndirilməsi prosesləri, eləcə də iqtisadi müstəqilliyinin geri dönməz xarakter alması hədəf kimi qarşıya qoyulmuşdu. Bundan sonrakı mərhələdə Prezident İlham Əliyev artıq ərazi bütövlüyünün təminatı yolunda daha real addımların atılması və nəyin bahasına olur-olsun suveren haqqlarımızın bütün ərazimizdə, BMT tərəfindən tanınmış ərazilərdə bərqərar olunması kursunu seçməyə nail oldu.

Bu fikirləri Teleqraf.com-a Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin deputatı Zahid Oruc deyib.

Onun sözlərinə görə, 2018-ci ilin seçkiləri dövrünə qədər olan müddəti təhlil etməli olsaq, həmin kompaniyada iştirak etmiş insan kimi müxtəlif mesajlar, ideyalar, təkliflər, planlar, həllər irəli sürə bilərdik:

“Amma real mənzərə ondan ibarət idi ki, Azərbaycan xalqı İlham Əliyevin liderliyi altında ötən 10 illərdə gedilən yola rəğbətlə yanaşır. Onun təhlükəsizliyinin təminatı, milli iradənin formalaşması, dövlətçilik məfkurəsinin, cəmiyyətin bütün təbəqələrində bərqərar olması, eləcə də regiondakı dövlətlərlə bərabər hüquqlu əlaqələr. digər tərəfdəndə xarici təşkilatların və beynəlxalq dairələrin Azərbaycanda öz maraqlarını qoruyan, qəti bir şəkildə bizim mövqelərimizə, mənafelərimizə hörmətlə yanaşması kimi bir siyasət yürüdülüb. Digər tərəfdən cənab Prezident İlham Əliyevi insani olaraq xarakterizə edən xüsusiyyətləri, sadəliyi, mehribanlılığı, müdrikliyi, cəsarətliliyi, çevikliyi, eləcə də milli mənafelər məsələsində güzəştsizliyi hər zaman nəzərə alınırdı. Onu bütün namizədlərdən və yaxud digər siyasi alternativlərdən yüksəkdə qoyurdu. Ona görə də bütün bunlar imkan verdi ki, 2019-cu ilin əvvəllərindən cənab Prezident İlham Əliyev daha böyük miqyaslı islahatlar doktrinasını elan etdi. Bu bütün hakimiyyət qollarında yeniləşməni özündə ehtiva edir. Lakin bu sistem xarakterli dəyişikliklər idi. Bu yalnız adların, isimlərin təzələnməsi mənasına gəlmirdi”.

Deputat bildirib ki, bunu ölkə rəhbərinin öz sözü ilə əsaslandırmalı olsaq, deməliyik ki, XXI əsrin idarəçiliyi, ötən yüz ilin məfkurəsilə ilə qurula bilməz:

“Bu yeni yanaşmalar, innovativ planlar, proqramlar, münasibətlər, vətəndaş qarşısında məsuliyyət, hesabatlılıq, şəffaflıq və s. kimi adlana bilər. Bütövlükdə proqram mahiyyətinə standartlara söykənir. Belə olan halda hər 3 hakimiyyət qolunda geniş dəyişikliklərin şahidi olduq. Bu artıq bizim nəzərimizdə daha başqa adla çağırılmalı olan məsələ idi. İslahatlar bəzən sahəvi xarakter daşıyır. Konkret bir strukturu əhatə edir. Bunun da nəticə yönümlülüyü əsasında nə dərəcədə effektiv olmasını qiymətləndirməyə imkan yaranır. Ancaq indiki halda deyə bilərik ki, cənab İlham Əliyevin 2019-cu ildən həyata keçirdiyi tədbirlər yeni hakimiyyət quruculuğu siyasəti idi. Bu, hökumətdə həm baş nazirin, həm bir neçə nazirin dəyişikliyini ehtiva etdi. Bu da tərkibin 60-70 faizindən çox hissəsi idi. Burada da nazirliklərin idarə olunması oradakı proseslərə yön verən təşəbbüsləri tanıyan və hər bir strukturda idarəçilik sistemində digər təmsilçilərin də mövqelərinə dəyər verən nazirliklərin hər birinin ümumi siyasətdə yenilənmələrinə səbəb olan bir addımlar idi. Bunun ardınca Prezident Adminstrasiyasında köklü dəyişikliklər həyata keçirildi. Bu da səbəbsiz deyildi”.

Zahid Orucun fikrincə, Prezident İlham Əliyev idaretmə sisteminə yeni baxışların bərqərar olunmağını dilə gətirdi:

“Bu yöndə qarşıya qoyulmuş vəzifələr yeni elitanın formalaşması kimi bir məsələni özündə ehtiva edirdi. Daha sonra məhkəmə sistemində də bu proseslərin genişlənməsinə şərait yarandı. Ardınca artıq yeni seçkilər keçirildi. Bu isə artıq o demək oldu ki, yeni hakimiyyət quruculuğu 30 ilə yaxın dövrdə Ermənistanın qəsbkarlıq siyasətinin nəticələrinin aradan qaldırılması üçün imkanları, fürsətləri meydana gətirəcək. Cənab Prezident İlham Əliyevin idarəçiliyinin zirvəsi sayılan Vətən müharibəsindəki Qələbə öz-özlüyündə 17 illik bir siyasətin yekunları sayıla bilər. Bu belə dəyərləndirilməlidir ki, artıq məhz həmin o nöqtədən əvvəlki dövrə qiymət vermək bir qədər daha asan olur. Halbuki, bəlkə Prezident İlham Əliyevin strateji kursunun 2003-cü ildən başlayarkən onu hansı hədəflərə doğru özünün elan etdiyi, komanda üzvlərinin, təmsil etdiyi partiyanın, onu müdafiə edənlərin dilindən nə qədər səslənməsinə baxmayaraq, belə bir fikir mövcud ola bilərdi ki, bunlar bir sıra hallarda onların bəziləri tam reallaşmadığı üçün müəyyən insanlarda xəyal qırıqlığı, fikir aşılanmaları yarada bilərdi. Lakin artıq Vətən müharibəsi sübut etdi ki, İlham Əliyevin hər bir iqtisadi, mədəni, siyasi, planlarının başlıca məqsədi olub. Bu öz-özlüyündə cənab Prezidentin 44 gün ərzində sanki 17 illik dövrün hər bir elementini yaşadıq. İnformasiya məkanında dünya miqyasında aparıcı mövqe, xalqa müraciət milləti səfərbər etmək, ordunu irəliyə yönəltmək, düşmən üzərində mənəvi-siyasi diplomatik qələbəni təmin etmək, ilk növbədə silahlı savaşın yeni modellərini meydana gətirmək, 5-ci nəsil texnologiyası əsasında dünyanın ən qabaqcıl ölkələrinin hərbi doktrinələrini yeniləməyə qadir olan bir savaşı aparmağı bacarmaq böyük bir sərkərdə hünəri idi”.

STM sədri əlavə edib ki, Cənab İlham Əliyev Azərbaycan xalqının yaddaşında özünün əbədi imzasını qoyub:

“Bu obrazlı da olsa, milli liderlik keyfiyyəti idi. Ona qədər ki zamanda isə Türk Şurasında, türk dövlətləri arasında münasibətlərdə, istər regionda Rusiya və İranla əlaqələri həmçinin Gürcüstandan keçib gedən Qərblə transmilli layihələr həyata keçirildi. Cənab Prezident İlham Əliyev ən mühüm dini məsələdə Azərbaycan tarixinin, varlığının, mədəni, ayrılmaz hissəsi olan o mövqeyə önəm verirsə, bu bir tərəfdən sivillik, daha artıq dünyəvi bir modeldə ölkənin quruculuğu əldə rəhbər tutulur. İranla münasibətlərimiz yaxşıdırsa, digər yandan ABŞ-la əlaqələrimiz qorunub saxlanılır. Həmçinin Rusiya və Türkiyə arasında son 200 ildə rus-türk ağlının və imkanlarının gücünü birləşdirərək, bölgədə nəticə alan, buna nail olan yeganə dövlət adamı cənab Prezident İlham Əliyev oldu. Sosial Tədqiqatlar Mərkəzi olaraq bunu təhlil edərək “İnam indeksi” altında təqdim etmişdik. İndi də son üç ayı Prezidentin siyasi kursunun, gündəliyinin fəaliyyətinin əsas elementlərini özündə ehtiva edən daha çox cəmiyyət tərəfindən qiymətləndirilməsi olan məsələləri dəyərləndirməyə çalışırıq. Ona görə də bu, dövlətçilik tariximiz üçün çox mühüm səhifələrdir. Bunu bölgə dövlətlərinin rəhbərləri də qeyd edir. Cənab Prezident İlham Əliyev son 200 ildə bu coğrafiyanı aşan Rusiya-Türkiyə-Gürcüstan, o cümlədən Qərb ölkələrinin cəmiyyətlərində nüfuz qazanan bir simadır. Cənab İlham Əliyev iradəsi, şəxsiyyəti ilə bir millətin siması olaraq bizi təmsil edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər