Qarşıdan Ramazan bayramı gəlir. Bizim dinimiz xeyriyyəçiliyi təbliğ edir. Mən təklif edirəm ki, “Yaşat” Fonduna növbəti dəfə vəsait köçürək. Hesablama Palatasının da bu təşəbbüsə qoşulması çox yaxşı olardı.
Teleqraf.com xəbər verir ki, bu təklifi Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.
Deputat xatırladıb ki, fond şəhid ailələri, qazilərlə bağlı böyük işlər görür:
“Bu yaxınlarda bir neçə həmkarımızla birlikdə bir zabitimizlə bağlı müraciət etmişdik. Çox sağ olsun ki, bu məsələ həll edildi. Hətta ASAN Xidmət qazimizlə bağlı problemi öhdəsinə götürdü. Beləcə daha bir zabitimizə yeni həyat verildi. Mən hesab edirəm ki, Ramazan bayramı günlərində də xeyriyyəçilik təbliğ edilməlidir”.