Ölkəmizdə mədəniyyətsiz və savadsız bir qrup var. Onların ağzını bağlamaq məqsədilə “Sosial şəbəkələr haqqında” qanun hazırlamalı və qəbul etməliyik.
Teleqraf.com xəbər verir ki, belə təkliflə deputat Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
O əlavə edib ki, cəmiyyətə həmin şəxslərin yaşadığı ölkələrlə danışıqlar aparılması ilə bağlı məlumat verilməlidir:
“İkinci bir qrup isə ölkə daxilindədir. Klavituranın arxasında oturmaq hər şey dəmək olar. Həmin şəxslər ölkədə bir qrup insanı təsir altına alıblar. Onlar cəzalandırılmalıdır”.