21 May 2021 11:18
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin iclasında İtaliyaya rəsmi səfəri haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, parlament sədrinin Romada keçirdiyi görüşlər və apardığı müzakirələr uğurlu olub.

Spiker bildirib ki, səfər zamanı keçirilən görüşlərdə Azərbaycanla İtaliya arasında münasibətlərin strateji əhəmiyyət daşıdığı vurğulanıb:

“TAP layihəsinin reallaşmasının əhəmiyyəti və bunun Azərbaycanın Avropaya giriş qapısı olduğu bildirilib. Bütün görüşlərdə Vətən müharibəsi barədə İtaliya rəsmilərinə ətraflı məlumat verilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yeni dövr başlayıb. Görüşlərdə Ermənistanın mina xəritələrini verməməsi də diqqətə çatdırılıb. Hazırda Azərbaycan suveren hüuqqundan istifadə edərək Ermənistanla sərhədin delimitasiyasını həyata keçirir. Azərbaycan heç bir maneəyə baxmayaraq üçtərəfli bəyanatın tam həcmini icra edəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər