21 May 2021 16:20
4 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, verdiyi mesajlar mühüm əhəmiyyətə malikdir. Mərkəz tərəfindən Cənubi Qafqaz regionunda kəskin dəyişikliklərlə müşayiət olunan yeni vəziyyət önə çəkilib. Eyni zamanda tələb olunan yeni yanaşmaların müzakirəsi üçün ilk dəfə beynəlxalq diskussiya açılıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Cənubi Qafqazda dialoq və inkişaf üçün dünya səviyyəli əlverişli platforma kimi çıxış edir: “Bu cür platformalar regionda baş verən hadisələrin əsl reallıqların beynəlxalq müstəvidə təbliği üçün mühümdür. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olar hər zaman açıq dialoqa, qarşılıqlı müzakirələrə xüsusi önəm verib. Məhz belə platformalarda verilən mesajlar regionun inkişafına gələcəkdə qarşıya çıxan məsələlərin həllini önə çəkir”.

Ceyhun Məmmədova görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq mötəbər tribunaya çevrilib: “Bu gün bölgədə yeni bir mərhələnin istiqamətləri formalaşır. Ermənistanın 30 illlik işğal siyasəti ilə regionda formalaşacaq olan bütün əməkdaşlıq imkanları dayanmışdı. Bu ölkə 10 illiklər ərzində səhv yolla gedib. Ermənistan məhz işğal faktına görə, Azərbaycanla əməkdaşlıqdan kənarda qalıb. Eyni zamanda Ermənistan məhz işğalçılıq mahiyyəti ilə regional layihələrdən məhrum olub. Bu ölkənin Azərbaycana hərbi təcavüzü onu uzun onilliklər inkişafdan saxlayıb”.

Millət vəkili hesab edir ki, Ermənistan bu 30 il ərzində ancaq dağıdıcılıqla məşğul olub: “Azərbaycanın yaşayış məntəqələrinin adlarını dəyişdirməklə tarixi silməyə ümid bəsləyib. Özlərinin yaratdıqları və inanmağa başladıqları mifik ideoloji doqmalara inanmaqla, sivilizasiyadan, inkişafdan kənarda qalıb. Bununla da erməni xalqı mövcud inkişaf axınından, regional və beynəlxalq müstəvidəki inteqrasiya siyasətindən kənarda qalmalı olub”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər