Fransa Azərbaycanla Ermənistan arasında sülhü bərpa etmək, dialoqu inkişaf etdirmək üçün müvafiq səylər göstərəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Ermənistan baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanla Parisdəki görüşü zamanı bildirib.
“ATƏT-in Minsk qrupu həmsədri kimi Fransa Rusiya və ABŞ ilə birlikdə gərginliyi azaltmaq, tərəflər arasında dialoqu, o cümlədən birbaşa təmasları bərpa etmək üçün əlindən gələni etmək niyyətindədir” - Makron bildirib.