3 İyun 2021 09:05
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan iqtisadi potensialı bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin, idman yarışlarının keçirilməsi üçün idealdır. Eyni zamanda bunun üçün uyğun şərait də yaradılıb. Beynəlxalq yarışların keçirilməsi üçün Bakının seçilməsinin ölkədə mövcud ictimai-siyasi sabitlik və infrastrukturun zəruri səviyyədə olması ilə bağlıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun fikrincə, Azərbaycan 2020-cildə iki cəbhədə - həm Qarabağ, həm də pandemiyaya qarşı mübarizə aparmasına baxmayaraq, nəzərdə tutulmuş heç bir əhəmiyyətli tədbir təxirə salınmayıb:

“II Qarabağ müharibəsi ölkəmizin tarixi qalibiyyəti ilə başa çatdı. Pandemiya ilə mübarizədə də Azərbaycanın ən effektiv addımlar atan, önləyici tədbirlər görən ölkələrdən oldu. Artıq pandemiyaya qarşı vaksinasiya mərhələsi dövrüdür. Azərbaycan vaksinasiyaya da ilk başlayan ölkələrdəndir. Ölkəmizdə post-pandemiya, adi, gündəlik, həyat tərzinə dönüş dövrü başlayır. Bu da sözsüz ki, ölkəmizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli idman, mədəni və digər tədbirlərin də reallaşmasına imkan yaradır”.

Azər Badamov "Formula 1" və futbol üzrə Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsinin də əhəmiyyətindən bəhs edib:

“Azərbaycanın bu tədbirlərə ev sahibliyi ilə ölkəmizin imkanlarını sərgilənir. Bu eyni zamanda pandeniya dövründə tamamilə dayanmış turizm sektoru üçün də əsas faktordur. Ölkədə keçirilən hər bir beynəlxalq yarış yeni mədəniyyət, yeni yanaşmalar, partnyorların cəlb edilməsi üçün də mühüm imkanlar açır. "Formula 1" yarışlarının izləyici auditoriyası 500 milyondan çoxdur. O cümlədən Avropa çempionatının auditoriyası da kifayət qədər böyükdür. Bu o deməkdir ki, yarışlar zamanı bütün dünyanın diqqəti Azərbaycana fokuslanacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər